Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin birinci yarısında yeni, çoxfunksiyalı kart məhsulunu təqdim edəcək.
FED.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Onun sözlərinə görə, bu kart bazara maraqlı yenilik gətirəcək və xüsusi brend adı olacaq:
"Biz ölkənin ən iri bankıyıq və bu həm də böyük məsuliyyətdir. Bu o deməkdir ki, biz öz inkişafımızla yanaşı, sektorun inkişafında və modernləşməsində də yaxından iştirak etməliyik. Ötən il “Müasir dövlət bankınız” şüarı ilə ictimaiyyət qarşısına çıxaraq Azərbaycan Beynəlxalq Bankında yeni dönəmin başlandığını rəsmən elan etdik. Bankımızı müasir bankçılıq trendlərinə uyğunlaşdırmaq və müştərilərimizə daha keyfiyyətli xidmət göstərmək üçün bütün komandamız var gücü ilə çalışır. İlin birinci yarısında yeni, çoxfunksiyalı kart məhsulumuzu təqdim edəcəyik. Bu kart bazara maraqlı yenilik gətirəcək və xüsusi brend adı olacaq. Düşünürəm ki, müştərilərimiz bu məhsulumuzu böyük maraqla qarşılayacaqlar. Beynəlxalq ödəniş sistemləri ilə tərəfdaşlıq əsasında indi ölkəmiz üçün tamamilə yeni olan 2 innovativ məhsul üzərində də çalışırıq. Bazarda nağdsız ödəniş vərdişlərinin formalaşdırılmasına töhfə vermək məqsədilə bir sıra ardıcıl tədbirlərimiz nəzərdə tutulur".
Eləcə də bax: “Azərbaycan Beynəlxalq Bankı yeni Strateji İnkişaf Planını hazırlayır”- ABBAS İBRAHİMOV
©Marja