Bank

Beynəlxalq Bank - Tender elanı

Beynəlxalq Bank - Tender elanı | FED.az
14:19 6 Aprel 2018

FED.az xəbər verirki, “Azərbaycan Beynəlxalq Bankı” ASC  “9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS-in)
tətbiqi” ilə bağlı xidmətlərin satınalınması üzrə tender keçirir.

   Tender 1 lot üzrə keçirilir.

Lot- 1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS-in) tətbiqi” ilə bağlı xidmətlərin satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı 100 manatdır.

BANKIN ADI: “Azərbaycan Beynəlxalq Bankı”ASC

VÖEN : 9900001881

KOD: 805250

SWIFT: IBAZAZ2X

M/h: AZ03NABZ01350100000000002944

H/h: AZ12IBAZ34501019440000100100 AZN

H/h:                 AZ33IBAZ34511018400000100100 USD

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Eləcə də bax :Səhiyyə Nazirliyi - Tender elanı

Eləcə də bax : Şahdağ Turizm Mərkəzi QSC - Tender elanı
 

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimovdan, telefon: 012 4930091, daxili 2700, 2703, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (tender zərflərinin açıldığı tarixdən (27 aprel 2018-ci il) sonra azı 30 (otuz) bank günü (yəni, ən azı 12 iyun 2018-ci il tarixədək) qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni, ən azı 31 iyul 2018-ci il tarixədək qüvvədə olmalıdır);

-iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

- iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 aprel 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 26 aprel 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 27 aprel 2018-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

Digər xəbərlər