Tender 2 lot üzrə keçirilir.
Lot – 1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühafizə-yanğın sistemi avadanlıqlarının satınalınması və bankın baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması.
Lot – 2. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən videonəzarət sistemi avadanlıqlarının satınalınması və bankın baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
BANKIN ADI: Azərbaycan Beynəlxalq Bankı
VÖEN : 9900001881
KOD: 805250
SWIFT: IBAZAZ2X
M/h: AZ03NABZ 01350100000000002944
H/h: AZ12IBAZ34501019440000100100 AZN
H/h: AZ33IBAZ 34511018400000100100 USD
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimovdan, telefon: 012 4930091, daxili 2700, 2703, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (tender zərflərinin açıldığı tarixdən (16 aprel 2018-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 30 may 2018-ci il tarixədək) qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 2 (iki) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 13 iyul 2018-ci il tarixədək qüvvədə olmalıdır);
- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tələb olunan sistem və avadanlıqların istehsalında və ya satışında 5 ildən az olmayaraq təcrübəyə malik şirkətlə əməkdaşlığını təsdiq edən sənəd;
- iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 aprel 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 13 aprel 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 16 aprel 2018-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
"Beynəlxalq Bank" - Tender elanı
10:04
19 Mart 2018