“ABB” ASC Pərakəndə biznes departamentinə təcrübəçi vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Koordinator tərəfindən əvvəlcədən müəyyən edilmiş ticarət subyektlərinə gedərək POS terminalların inventarizasiyasını aparmaq
Koordinator tərəfindən əvvəlcədən müəyyən edilmiş müəssisələrin əməkdaşlarına kartların təqdim olunması
Vakant vəzifə üzrə tələblər:
Ali Təhsil;
Azərbaycan, rus dillərində şifahi və yazılı qaydada fikirlərini düzgün ifadə etmək bacarığı;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.
Bu iş sizə nələri qazandıracaq:
Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Pərakəndə biznes departamentinə təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az