Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi SİBOS konfransı bu il 16-19 oktyabr tarixlərində Kanadanın Toronto şəhərində keçirilir. Hər il bu konfransa iri bank və maliyyə qurumlarının nümayəndələri, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır.
Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankının təmsilçiləri də tədbirdə iştirak edir. Konfrans çərçivəsində bankın nümayəndə heyəti xarici banklarla görüşlər keçirib. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin müvəffəqiyyətlə həyata keçirilən restrukturizasiyası prosesi barədə onlara məlumat verilib. Bankın strateji hədəfləri diqqətə çatdırılıb. Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Məlumat üçün bildirək ki, bu konfransın keçirilməsinə 1978-ci ildən başlanılıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir ümumdünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Beynəlxalq Bank SİBOS - 2017 beynəlxalq konfransına qatılıb
17:01
17 Okt 2017