“Azərbaycan Beynəlxalq Bankı” ASC elan olunmuş dvidendin ödənilməsinə başlayıb.
FED.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının 11 oktyabr 2019-cu il tarixli iclasın qərarına əsasən 150 milyon manat məbləğində dividendin ödənilməsinə başlayıb.
Eləcə də bax:Qiymətli kağızlara ən çox və ən az – YATIRIM EDƏN BANKLAR
Hesablanmış dividend məbləğləri səhmdarların Azərbaycan Beynəlxalq Bankındakı cari hesablarına artıq köçürülüb. Həmçinin bank fiziki şəxs səhmdarlarına pulsuz debet kartı da təqdim edəcək.