“Azərbaycan Beynəlxalq Bankı” Telemarketinq qrup rəhbəri vakansiyasını açıq elan edir. Bu yeni komandanın yaranmasında iştirak etmək üçün nadir bir fürsətdir.
Davamlı fərdi və peşəkar inkişafa can atan, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması
Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmiləşdirilməsi
Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi
İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması
Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak
Bankın başqa departamentləri ilə müntəzəm şəkildə əlaqənin saxlanılması
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
Adekvat əmək haqqı və bonus sistemi
Rahat iş şəraiti
Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Davamlı karyera inkişafı
Bizim üçün ideal namizəd:
Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan
Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan
Münaqişələrə kreativ həll yolu tapan
Analitik bacarığı olan
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
Güclü kommunikativ qabiliyyətə sahib olan
Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.10.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq qrup rəhbəri")
Əlavə məlumat üçün: www.ibar.az