“ABB” ASC Arxiv üzrə təcrübəçi vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Bankda arxiv işinin təşkilində iştirak etmək;
Sənədlərin təlimata uyğun olaraq arxivə qəbulu, qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi və istifadə olunması prosesinində iştirak;
Arxivdə saxlanılan və əhəmiyyətini itirmiş sənədləri məhv etmək üçün hazırlanmaq, ekspert-yoxlama və məhvetmə komissiyalarının işində iştirak etmək;
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 Aprel 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Arxiv üzrə təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az