Azərbaycan Beynəlxalq Bankı Lənkəran filialına Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.
Tələb olunan səriştələr:
Müştərilərlə nəzakətli ünsiyyət;
Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Ofis proqramlarında sərbəst iş bacarığı;
Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;
Digər əsas keyfiyyətlər:
Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Bankın əməliyyat sahəsini dərindən öyrənmə imkanları;
Satış sahəsində təcrübəli şəxslərdən texniki biliklərin qazanılması;
Bank kredit və qeyri kredit məhsulları haqqında öyrənmə imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 14 Mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Lənkəran” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az