Azərbaycan Beynəlxalq Bankı Gədəbəy şöbəsinə Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
- Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.
Tələb olunan səriştələr:
- Müştərilərlə nəzakətli ünsiyyət;
- Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
- Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Ofis proqramlarında sərbəst iş bacarığı;
- Bank sahəsində (Əməliyyat istiqaməti üzrə) 1-3 il iş təcrübəsi;
- Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;
Digər əsas keyfiyyətlər:
- Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
- Bankın əməliyyat sahəsini dərindən öyrənmə imkanları;
- Satış sahəsində təcrübəli şəxslərdən texniki biliklərin qazanılması;
- Bank kredit və qeyri kredit məhsulları haqqında öyrənmə imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 11 Mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Gədəbəy” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.