“ABB” ASC Helpdesk intern vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
İstifadəçilərin kompüterlərin quraşdırılması və bərpası;
İstifadəçilərin proqram təminatının quraşdırılması və bərpası;
İstifadəçiyə aid olan ofis avadanlığının quraşdırılması və bərpası.
Namizədə tələblər:
Kompüterlərin, printerlərin və sair ofis avadanlıqlarının proqram təminatı səviyyəsində bərpa etmək qabiliyyəti;
Azərbaycan və rus dillərində şifahi və yazılı qaydada fikirlərini düzgün ifadə etmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəni uğurlu keçdiyiniz təqdirdə bankda işəqəbul imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Helpdesk intern” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az