“ABB” ASC İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentinə İşə qəbul və planlaşdırma şöbəsinin müdiri vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Bankda insan resurslarına olan tələbatın kəmiyyət və keyfiyyət meyarlarına əsasən müəyyənləşdirilməsi işini koordinasiya etmək;
Bankda işə qəbulla bağlı müsabiqələri təşkil etmək, həyata keçirmək və nəticələrini rəsmiləşdirmək;
Bankın aidiyyəti struktur bölmələri ilə birgə işə qəbulla bağlı test sual bazasını formalaşdırmaq və mütəmadi olaraq yeniləmək;
Bankda vəzifələri müvafiq kateqoriyalar üzrə təsnifləşdirmək və əmək haqqı hədlərinin müəyyənləşdirilməsinə dair təkliflər vermək;
Bank əməkdaşlarının vəzifə təlimatlarını işlənib hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
Gələcək işəgötürmə ehtiyaclarını proqnozlaşdırması üçün struktur rəhbərləri ilə əlaqələrin gücləndirilməsi;
İşə qəbul prosedurlarının daim yenilənməsi üçün təkliflərin hazırlanması;
İşəqəbul brendinin formalaşdırılmasını təmin edilməsində iştirak etmək;
İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsini təmin etmək;
Namizədlər üzrə məlumat bazasını formalaşdırmaq;
İşəqəbul hesabatlarını hazırlamaq;
Tələb olunan səriştələr:
Komandada işləmək bacarığı;
Vaxtı idarə etmək qabiliyyəti;
Yüksək kommunikasiya bacarığı;
Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
Təqdimat bacarığı;
Konfliktlərin idarəedilməsi;
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
3 ildən başlayaraq işəqəbul sahəsində iş təcrübəsi ( bank sektorunda təcrübənin olması üstünlükdür);
MS office proqramlarını əla səviyyədə bilmək;
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
İnsan resurslarının digər sahələri üzrə zəngin təcrübə qazanmaq imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 Mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İşə qəbul və planlaşdırma şöbəsinin müdiri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az