“ABB” ASC Təlim və İnkişaf üzrə Menecer vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Bankın təlim strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
Bank daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
Təlim və inkişaf proqramlarının hazırlanması və genişləndirilməsi üçün müvafiq işlərin görülməsi;
Təlim xidmətlərinin satınalma prosesinin idarə olunmasında iştirak;
Təlimin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsi, xarici təlim mərkəzləri ilə işin koordinasiyası;
Bankda təlim işinin effektivliyinin mütəmadi monitorinqi, həmçinin təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələrin verilməsi;
Bankda Təlim Mərkəzinin işinin təşkili;
Daxili təlimçi bazasının formalaşdırılması və idarə edilməsi;
Bank əməkdaşlarının konfransa və seminarlarda iştirakının təşkili.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Əla səviyyədə ünsiyyətqurma qabiliyyəti;
Yüksək səviyyədə nüfuzaetmə bacarığı;
Güclü analiz və araşdırma qabiliyyəti;
Əla səviyyədə təşkilatçılıq bacarığı;
Sahə üzrə minimum 5 il iş təcrübəsi;
Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.
Bu iş sizə nələri qazandıracaq:
İnsan Resurslarının idarə edilməsinin müxtəlif istiqamətlərində özünü inkişaf etdirmək və təcrübə toplamaq imkanı;
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Fevral 2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təlim və İnkişaf üzrə Menecer” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az