“ABB” ASC Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Pos terminalların yüklənilməsi və quraşdırılması,
POS terminallar üzrə texniki xidmətin verilməsi,
Təsərrüfat subyektlərinə təlimllərin verilməsi,
POS terminalların sahələrdə monitorinqinin aparılması. .
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil və ya orta texniki təhsill;
Sahə üzrə minimum 2 il iş təcrübəsi;
B və yaxud BC kateqoriyalı sürücülük vəsiqəsi;
MS Office proqlamları ilə işləmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 Oktyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az