“ABB” ASC Kreditlərin inzibatıləşdirilməsi şöbəsinə Mütəxəssis və Aparıcı Mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti
Kredit sənədlərinin tamlığına cavabdehlik
Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması
Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak
Kredit inzibatçılığı üzrə digər nəzarət işləri
Davranış səriştələri:
Komandada işləmək bacarığı;
Analitik zəka, problemləri həll etmə bacarığı;
Vaxtı idarə etmək qabiliyyəti.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsilli;
Bankda, filial və ya digər struktur bölmələrdə iş stajı;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;.
Bu iş sizə nələri qazandıracaq:
Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin inzibatıləşdirilməsi şöbəsinə mütəxəssis və aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az