"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2017-ci ildə 806,004 mln. manat xalis mənfəət əldə edib.
FED.az xəbər verir ki, bu barədə bankın mənfəət-zərər hesabatında bildirilir.
Ötən il ABB-nin faiz gəlirləri 510 101 min manat, qeyri-faiz gəlirləri 513 245 min manat, faiz xərcləri 307 777 min manat, qeyri-faiz xərcləri 180 924 min təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsaitə 271,359 mln. qənaət edib.
Xatırladaq ki, ABB 2016-cı ili 1 356,492 mln. manat xalis zərərlə başa vurmuşdu.
2018-ci ilin əvvəlinə Bankın aktivləri 8 695 106 min manat (illik müqayisədə 28,9% az), öhdəlikləri 7 746,92 mln. manat (40% az) olub. Maliyyə qurumun kredit və depozit portfelləri isə müvafiq olaraq 1 784,359 mln. manat (64,6% az) və 5 155,461 mln. manat (14% az) təşkil edib.