Azərbaycanın ən böyük bankı – bu gün 28 yaşını qeyd edən Azərbaycan Beynəlxalq Bankı 2019-cu ili uğurlu nəticələrlə başa vurub.
Bankdan FED.az-a verilən açıqlamaya görə, ötən il ərzində bank aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub.
Belə ki, 31 dekabr 2019-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,22 milyard manat təşkil edib. Başqa sözlə, son bir ildə ABB-nin aktivləri 1,29 milyard manat və ya 16,3% yüksəlib.
İl ərzində bankın kapital mövqeyi daha da güclənib və mənfəətliliyi qorunub. Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2019-ci il ərzində artaraq 1.13 milyard manatı ötüb.
İl ərzində kredit portfeli 450 milyon manat artaraq 2.37 milyard manata çatıb.