Bu gün saat 13:00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində “Yelo Bank” ASC-nin 2 əməkdaşı yaralanıb.
Eləcə də bax: Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb
FED.az xəbər verir ki, bankdan verilən məlumata görə, əməkdaşlardan birinin vəziyyəti ağır, digərinin isə qeyri –kafidir.
Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. (Report)