Bank kartları arasındakı rəqabət müştərilər üçün cəlbedici təkliflərdə özünü göstərir. Həmin təkliflərdən biri də market, restoran və sair obyektlərlə yanaşı, YDM-larda (yanacaq doldurma məntəqəsi) xərclənən vəsaitlərdən geri qayıdan «kəşbək»lərdir.
Azərbaycanda benzin və dizel bahalaşdı - YENİ QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əhalinin xərclərinin içərəsində YDM-lərdə xərclənən vəsait böyük yer tutur. Yancaq qiymətlərinin artması isə əhalinin bu yükünü daha da artıracaq. Benzinin və dizelin qiymətinin bahalaşması avtomobil sahiblərinin kart seçimlərinə daha çox təsir etməyə başlayacaq. Buna görə, «yanacaq kəşbək»i təklif edən bank həmin şəxslərin diqqətini daha çox cəlb edə bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı avtomobil yanacağı üzrə bank kartlarının «kəşbək» təkliflərinin nə qədər sərfəli olduğunu araşdırıb. Araşdırma göstərir ki, Azərbaycanda müxtəlif banklar tərəfindən təqdim olunan kartlar vasitəsilə YDM-lər üzrə ödənişlərdən 0,5-5% aralığında «kəşbək» qazanmaq mümkündür.
Bank kartları və yanacaq doldurma məntəqələrində yanacaq alan zaman qazanılan «kəşbək» dərəcələri aşağıdakı cədvəldə qeyd edilib:
Qeyd edək ki, Kapital Bankda müştərilərə hər ay müxtəlif kateqoriyalarda seçim imkanı verilir. Bəzi hallarda YDM-lərdə də kəşbək qazanmaq mümkün olur.
|
№ |
Bank |
Kartın adı |
YDM-də qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB* |
Bütün kartlarda "Faydalı" |
"Kapitalist" kateqoriuası ilə 0,5% |
10 manat |
|
2 |
Azər‐Türk Bank |
ATB Debet Card |
1% |
200 manat |
|
3 |
Bank Respublika |
Neo Standart |
2% (limitdən sonra 0,5%) |
10 manat |
|
4 |
Unibank |
Ucard Classic |
SOCAR - 2% |
10 manat |
|
5 |
XalqBank** |
XalqKart Cashback |
2% |
30 manat |
|
6 |
Rabitəbank |
Kartmane |
5% |
30 manat |
|
7 |
Bank of Baku*** |
Bolkart Debet |
SOCAR, "Azpetrol" YDM-larda 1,5% |
10 manat |
|
8 |
AccesBank |
MyCard Standar |
3% |
30 manat |
|
9 |
AFB Bank |
Mono Premium |
2% |
30 manat |
*Ailə başçısı kateqoriyasın ilə yalnız ABB POS-termianllarında istifadə edən zaman kəşbək qazanmaq mümkündür.
**XalqKart PETROL kartı ilə bütün nağdsız ödənişlərdən 3% oil-bonus qazanmaq olar. Daha sonra bu bonusları Azpetrol YDM-lərdə istifadə etmək mümkündür
*** Yalnız Bank of Baku-ya aid POS terminallar vasitəsilə ödəniş olunmalıdır.











