«Kapital Bank» özünün Yasamal filialındakı bankomatın yarılmasını təsdiqləyib. FED.az xəbər verir ki, bu hadisə ötən həftə sonu baş verib.
Sözü gedən bankomat Vergilər Nazirliyi yaxınlığında, Landau küç., bina 6 ünvanında yerləşir. Bankomatını iki nəfər “laqonda”(metalkəsən aparat) ilə yarıb və buradan 173 min manat oğurlayıb. Bankomatı yaranların üzlərində əleyhqaz olub.
Günün günorta çığa bankomata yaxınlaşan iki nəfər yaxınlıqdakı mühafizəçilərin də diqqətini cəlb edib. Amma onlardan nə etdiklərini soruşanda sanitar-epidem stansiyadan gələrək dərmanla işi apardıqların bildiriblər. Bankomatı yardıqdan sonra qaretçilər aradan çıxıblar.
«Kapial bank»ın məsələyə münasibəti bu gün yayılıb. Bank bildirir ki, bankomata həqiqətən müdaxilə edilib: «Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik».
Bəli, bizim bankomatı yarıblar – BANKDA AÇIQLAMA
13:32
9 Aprel 2018