Mayın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Fonddan verilən məlumata görə, hərraca 20 mln. manat həcmində istiqraz çıxarılacaq. İllik faiz dərəcəsi 3% olan istiqrazlar 1002,3333 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların tədavül müddəti 23 ildir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.