Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bir neçə bank əmanət ilə bağlı kampaniya keçirir. Kampaniyalardan faydalanaraq daha yüksək qazanc götürmək mümkündür.
FED.az hazırda davam edən kampaniyaları təqdim edir.
ELƏCƏ DƏ BAX: «Banka ödənilən faiz kompensasiya olunacaq» - MÜSAHİBƏ
1."AtaBank"
Əmanət yerləşdirən müştərilər ilin sonuna kimi “AtaBank” ASC-nin “25-ci il əmanəti” kampaniyasından faydalana bilərlər.
Kampaniyanın şərtlərinə görə, "AtaBank"da 15 000 AZN, 10 000 USD/EUR-dan yuxarı əmanət yerləşdirən yeni və mövcud əmanətçilər kampaniyada iştirak edərək bu hədiyyələrə sahib ola bilərlər: iPhone X və Xs telefonları, İsma Bikes, Excelsior Hotel, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Garabag Resort & SPA otellərində istirahət və Uludağ / Şarm-Əl-Şeyx / Dubay istiqamətlərinə səyahət paketləri.
12 aylıq Manat əmanəti üçün faiz dərəcəsi hesablanmış faizlər hər ay götürüldükdə 10,25%, hər rüb götürüldükdə 11,25%, müddətin sonunda götürüldükdə isə 12,25%-dir. 25 ay müddət üçün faizlər isə müvafiq olaraq 12,25%, 12,75% və 13,25%-dir. Əmanət kampaniyasında 29 dekabr 2018-ci il tarixinədək iştirak edə bilərsiniz.
2."Azərbaycan Beynəlxalq Bankı"
Azərbaycan Beynəlxalq Bankı Yeni il ərəfəsində müştəriləri daha da məmnun etmək üçün depozit faizlərini artırıb. 10 dekabrdan 10 yanvara qədər keçirilən kampaniya çərçivəsində bankda manatla depozit (əmanət) yerləşdirən müştərilərin illik faiz gəlirinə +1% əlavə ediləcək.
Depoziti 12, 24 və 36 ay müddətinə yerləşdirmək, illik faiz gəlirlərini isə ayın, yaxud ilin sonunda götürmək olar.
Belə ki, 12 ay (1 il) müddət üçün faiz dərəcəsi - faizlər hər ay ödənildikdə 7.5% +1%, faizlər ilin sonunda ödənildikdə 8% +1%-dir. 24 ay müddət üçün müvafiq olaraq 8% +1% və 8.5% +1%, 36 müddət üçün isə 8.5% +1% və 9% +1%-dir.
2. "Bank BTB"
“Bank BTB” gəlirlərini davamlı artırmaq istəyən müştərilərinə “Proqressiv” əmanət növünü təklif edir.
“Proqressiv” əmanət müştərilərə müddətin ¾ hissəsinədək istənilən vaxt əmanət məbləğini artırmaq imkanı verir. Bankın filial şəbəkəsində nağd ödənişlərin minimum məbləği 10 manat/dollardır. “Cash-in” aparatları və Bankın onlayn ödəmə səhifəsi vasitəsilə isə hesaba istənilən məbləğdə vəsait yatırmaq mümkündür.
3-24 ay müddətinə təklif olunan əmanətlər üzrə faizlər müştərinin istəyinə görə aylıq, rüblük və ya müddətin sonunda ödənilir. Müddətindən asılı olaraq faiz dərəcələri manat əmanətləri üzrə aylıq 4%-9,50%, rüblük 6%-10%, müddətin sonunda 5%-10,5% arası, dollar əmanətləri üzrə isə aylıq 1%-3%, rüblük 1,75%-3,25%, müddətin sonunda isə 1,50%-3,50% arası dəyişir.
3."NBC Bank"
“NBCBank” ASC Yeni il ilə əlaqədar 30 000 manatdan yuxarı depozit yerləşdirən müştərilərinə əlavə olaraq dərhal 1% hədiyyə verir. Hesablanmış faizlər müddətin sonunda götürüldükdə 1 il üçün 13%, 2 il üçün 13,5%, 3 il üçün 14% təşkil edir. Üstəlik, bank tərəfindən dərhal 1% hədiyyə olunur.
Kampaniyanın müddəti dekabr ayının sonuna qədərdir.
4."Unibank"
"Unibank"ın +2% hədiyyə depozit kampaniyası hələ ki davam edir. 30 dekabradək "Unibank"a manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% hədiyyə ediləcək. Aksiya çərçivəsində 1 illik “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv” depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib.
Bayramqabağı manat əmanətinə ən yüksək faiz ödəyən banklar - SİYAHI
09:49
17 Dek 2018