10 – 14 aprel 2024–cü il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə FED.az Mərkəzi Banka istinad edir.
Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 126 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 3 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki: