"Son zamanlar bank və bank olmayan kredit təşkilatları ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb".
Bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bank sahəsində həm icraatla bağlı, həm də məhkəməyə göndərilən işlərin sayı artıb: "Tikinti və vətəndaşların mənzil məsələləri ilə bağlı işlər də Baş Prokurorluğun diqqət mərkəzindədir. Təbii ki, digər sahələrdən də şikayətlə daxil olur, cinayət işləri araşdırılır, məhkəməyə göndərilir".
Baş Prokurorluq: Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb
12:39
22 Sen 2017