Bank

Baş direktor: İran Milli Bankının Bakı filialının potensialından istifadə olunmalıdır

Baş direktor: İran Milli Bankının Bakı filialının potensialından istifadə olunmalıdır | FED.az
13:26 27 Yan 2017

Azərbaycan və İran bankları arasında əlaqələr tamamilə qurulub. FED.az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın İnkişaf İxracat Bankının baş direktoru Əli Salehabadi deyib.

Onun sözlərinə görə, bu, Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) icrasından sonra mümkün olub: "Planın icrasından sonra iki ölkənin bank əlaqələri yaxşı səviyyədədir. Hər iki ölkənin bank sistemi arasında əməkdaşlıq səviyyəsi artmaqdadır".

Azərbaycan-İran müştərək bankının yaradılması məsələsinə toxunan baş direktor qeyd edib ki, bu ideyanın reallaşdırılması qarşılıqlı ticarətə müsbət təsir edəcək.

Ə. Salehabadi həmçinin İran Milli Bankının Bakı filialının potensialından yararlanmağa çağırıb: "Əgər filialın potensialından yaxşı istifadə olunarsa, hər iki ölkə müvafiq məqsədlərinə çata bilər".

Digər xəbərlər