Banqladeşin paytaxtı Dəkkənin "Həzrət Şahcəlal" hava limanının ayaqyolunda gömrük kəşfiyyatı əməkdaşları reyd zamanı 10 qızıl külçəsi aşkar ediblər. Zibil qutusundan tapılmış həmin külçələrin ümumi çəkisi 3 kiloqram olub. Hal-hazırda bu külçələrin belə gözlənilməz bir yerdə kim tərəfindən gizlədildiyi araşdırılır.
Bu barədə məlumatı gömrük kəşfiyyatı idarəsinin baş direktoru Moynul Xan vermişdi. Cənab Xan qeyd etmişdi ki, zibil qutusundan tapılan qızılların ümumi dəyəri 19 min dollardan çoxdur.
Qeyd edək ki, Banqladeşin ingilisdilli qəzeti olan Prothom Alo-nun yazdığına görə gömrükçülər bu qiymətli metalı 26 sentyabr bazar ertəsi günü tarixində səhər saatlarında hava limanından tapmışlar. Gömrük kəşfiyyatı əməkdaşları hava limanının daha bir neçə hissəsində axtarış aparmışdı.
Oxşar hadisə "Həzrət Şahcəlal" aeroportunda bu ilin iyun ayında baş vermişdi. O zaman gömrükçülər tərəfindən bacı-qardaş cütlüyündən 14 kiloqramdan çox qızıl müsadirə olunmuşdu ki, onların ümumi dəyəri 90 min dollardan artıq qiymətləndirilirdi. Xatırladaq ki, bacı-qardaş Sinqapurdan Tailand vasitəsilə Banqladeşə keçmişdi.
2015-ci ilin mart ayında isə Şimali Koreyadan olan diplomatın üzərindən Banqladeş aeroportunda ümumi çəkisi 27 kiloqram olan 170 qızıl külçəsi müsadirə edilmişdi.
Banqladeş aeroportunun ayaqyolunda qızıl külçələri tapılıb
12:00
27 Sen 2016