2017-ci il sentyabrın 1-nə Azərbaycanda quraşdırılan bankomatların sayı 2 495 ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu, cari ilin iyul ilə müqayisədə 10 ədəd və ya 0,4% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 51 ədəd və ya 2% azdır.
Cari ilin sentyabrın 1-nə bankomatların 1353-ü (keçən ilə nəzərən 3,4% azalma ilə) Bakı şəhərində, 1142-si (keçən ilə nəzərən 0,3% azalma ilə) isə digər şəhər və rayonlarda yerləşir.