Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş təşkil edildi.
FED.az xəbər verir ki, görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirildi. Qeyd olundu ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.
Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparıldı, fikirlər dinlənildi. Qərara alındı ki, təqdim edilmiş mövzular üzrə işlər davam etdirilsin.
Banklarla görüş keçirilib
09:59
28 Noy 2017