Rusiyada bank müştərilərinin fırıldaqçılar tərəfindən aldadılması üçün istifadə etdikləri yeni üsul aşkar edilib.
FED.az xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, «Kiber Moskva» layihəsinin rəhbəri Georgi Paşenkonun sözlərinə görə, bank fırıldaqçıları müştəriləri guya bank tərəfindən təsdiqlənmiş kreditlərlə bağlı aldadırlar.
Belə ki, bank müştərisinin, yəni aldıdılacaq adamın telefonuna guya ona kredt ayrılması barədə SMS daxıl olur. Bu SMS-dən aydın olur ki, guya vətəndaş banka müraciət edib və onun müraciətinə əsasən bank ona kredit verilməsin təsdiqləyib.
Bundan qısa müddət sonra isə həmin şəxsin telefonuna zəng gəlir. Zəng edən tərəf özünü bankın nümayəndəsi kimi təqdim edərək bildirir ki, vətəndaşın adına kredit açılıb, amma bu əməliyyat guya banka şübhəli gəlir, ona görə də müştərinin doğrudan da həmni şəxs olub olmadığını dəqiqləşdirməlidirlər. Bu üsulla da vətəndaşdan guya yoxlamaq üçün şəxçi məlumatlar alınır.
Ekspert xəbərdarlıq edir ki, belə hallarda qətiyyən fırıldaqçılara inanmaq olmaz. Daha dəqiqi telefonla heç bir şəxsi məlumatı vermək olmaz. «Əgər sizə hər hansı bank tərəfindən zəng ejilibsə, soruşun hansı bankdır, dəstəyi asın və banka özünüz zəng edin».