2018-ci il mayın 1-nə bank sektorunun zərəri 57,1 mln. manat təşkil edib.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201,1 mln. manat olub.
Eləcə də bax: Bankların vəziyyəti məlum oldu – RƏQƏMLƏR AÇIQLANDI
Qeyd edək ki, banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386,6 mln. manat əldə edib.
Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242,5 mln. manat vəsait xərclənib.