Azərbaycanda banklar yeni il kompaniyasına start verib. Bu kampaniyalar arasında illik faiz dərəcəsinə güzəşt edən, güzəştli kredit aksıyası keçirən və nağdsız ödəniş edənlərlə yanaşı yeni il lotoreyaları keçirənlər də var. Siyahı üzrə Azərbaycanda 9 bank təşkilatı yeni il aksiyası başladıb.
FED.az olaraq Azərbaycanda bankların siyahı üzrə yeni il üçün hansı aksiyalara start verdikləri barədə xəbər veririk.
“Ata Bank”
AtaBank, ənənəvi Yeni İl kampaniyası çərçivəsində, müştərilərinə dəyərli hədiyyələr təklif edir.
“Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində, 04.12.2017– 29.12.2017 tarixləri arasında “AtaBank” ASC-də sığortalı əmanət yerləşdirən müştərilər istədikləri hədiyyəni əldə etmək şansını qazanırlar.
Əmanətçilərə müqavilə ilə birgə hədiyyələr siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən asılı olaraq hədiyyə seçimi edirlər. Belə ki, “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr : İphone X , Isma Bike, Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 29 dekabr 2017-ci il tarixinədək qüvvədədir.
“Kapital Bank”
“Kapital Bank” Yeni il münasibətilə müştərilərə güzəştli kredit aksiyası təqdim edir. Aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz “BirKart” təqdim ediləcək. Həmçinin bəzi hallarda 8 000 AZN-dək olan kreditlər zaminsiz veriləcək. Aksiya 15 yanvar 2018-ci il tarixədək keçirilir.
Sözügedən bankda “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.
Qeyd edək ki, kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
“UniBank”
“UniBank” Yeni il münasibəti ilə müştərilərinə “Lotereya” aksiyası təqdim edir. Sözügedən asksiya yalnız bankın müştəriləri üçün nəzərdə tutulub və 2 hissədən ibarət olacaq. Aksiya çərçivəsində bankdan kredit və albalı plus kartını alanlar 1-ci tirajda iştirak edəcək. 1-ci tirajda 1 –ci yerə sahib olan şəxs 2018 manat, 2 –ci yerə 500 manat qazanacaq. İlk 20 nəfər 100 manat, 50 nəfər isə 50 manat qazanma şansı əldə edəcək.
2 –ci tirajda maaş, debit və kredit kartları olan şəxslər iştirak edəcək. Nağdsız ödəniş edən şəxslər də 2 –ci tirajda iştirak etmək şansı qazanacaq. Belə ki, hər 10 manatlıq nəğdsiz ödənişdə müştəri aksiyada 1 iştirak şansı qazanacaq. 2-ci tirajda 1 yerin sahibi 2018 manat, 2 –ci yer 100 manat və ilk 20 nəfər 50 manat qazanma şansı əldə edəcək. Aksiya 06.12.2017 tarixindən 15.01.208 tərixinədək davam edəcək və qaliblər asksiyanın son günü məlum olacaq.
“Bank of Baku”
Bank daxilində “Dostlar klubu” sahiblərinə 3% -lik yeni il aksiyası keçirir. Belə ki, sözü gedən kart sahiblərinə 3% -lik endirim olacaq. Bundan başqa “Dostlar klubu” sahiblərindən başqa müştərilərə müştəri tarixcəsinə baxılaraq 3 aylıq müddət veriləcək. Müddət ərzində bank müştərisi sadəcə kreditin faizini ödəməklə əsas borcunu 3 aydan sonra ödəmə imkanı qazanacaq. Aksiya 28.11.2017 –ci il tarixindən başlarayaraq 15.01.2018 –ci il tarixinədək davam edəcək.
“Bank Respublika”
Yeni İl ərəfəsində dekabrın 31-dək “Bank Respublika”dan yeni mikrokredit alan hər bir müştəriyə hədiyyə təqdim ediləcək . Ən əsası isə hər bir müştəri hədiyyəsini özü seçəcək. “Seçim Sizindir” kampaniyası qarşıda gələn 2018-ci ilin biznes uğurlarının təməlini bu il qoymağa imkan verəcək.
Hədiyyə dedikdə hər bir mikro-aqro kredit götürən müştəriyə “Komissiya xərcində endirim”, “Kreditin illik faiz dərəcəsində endirim” və ya “Faizsiz aylar” güzətlərindən biri təklif olunacaq.
Təklif olunduğu hər güzəşt imkanı hər bir biznes modelin ehtiyyaclarını və sahibkarların maraqlırını ödəyə biləcək.
Kreditin maksimal məbləği 30 000 manata çatdırılıb, illik faiz dərəcəsi isə 15%-dən başlayır. Kredit 24 ay müddətinədək verilir və bankın istənilən filialına müraciət edərək həddiyəli mikrokreditdən faydalanmaq mümkündür.
Hər bir sahibkarın maraqlarını nəzərə alaraq, 6 aylıq güzəşt müddəti də təklif edilə bilər ki, kreditin ödənişi barədə həmin sahibkar işinə təkan verdikdən sonra düşünsün. Həmçinin, müştərinin istəyi ilə və biznesin xüsusiyyətlərindən asılı olaraq sərbəst ödəniş qrafiki də təklif oluna bilər.
“Yapı Kredi Bank”
Bank Yeni il münasibəti ilə müştərilərinə 2018 bal (2018 manat) qazandıracaq.
Lotoreya olaraq keçiriləcək “2018” askiyasında sadəcə bankın nağdsız ödəniş edən müştəriləri iştirak haqqı qazanacaq. Sadəcə bankın pos cihazı ilə ödəmə həyata keçirən müştərilər hər 20 manat üçün 1 iştirak hüququ qazanır. Aksiya 08.01.2018 tarixinədək davam edəcək və 10.01.2018 – ci ildə 2 qalib müəyənləşəcək. Bank qalib olan şəxslərin kartına 2018 bal yatıracaq və bununla da müştəri 2018 manatlıq nəğdsız alış-veriş edə biləcək.
“Bank VTB”
Yeni il ərəfəsində bankda Azərbaycanda “Bakı-Moskva” kart sahibləri üçün xüsusi aksiyaya start verilir. 11 dekabr 2017-ci ildən 31 yanvar 2018-ci ilədək “Bakı-Moskva” kartı ilə ən çox alış-veriş edən müştəri Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazanacaq.
Aksiyanın şərtlərinə əsasən, xərclənən vəsait hesablanarkən Azərbaycan ərazisində və xaricdə, ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə kartla həyata keçirilmiş nağdsız əməliyyatlar nəzərə alınacaq. Xaricdə həyata keçirilən əməliyyatların məbləği hesablanma zamanı iki dəfə artırılacaq. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.
Qalib Aksiya başa çatdıqdan sonra 3 gün ərzində müəyyənləşəcək. Bilet yalnız kart sahibinin - Aksiya qalibinin adına verilir. Uçuşun tarixlərini qalib seçir və bu barədə uduş elan edildikdən sonra 1 ay ərzində banka məlumat verir.
“Access Bank”
Bankda plastik kartlarla bağlı yeni endirimli və uduşlu kampaniyaya başlayıb. 27.11.2017 – 31.01.2018 tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində Mastercard Debit, Mastercard Standard, Mastercard Gold, Visa Classic və Visa Gold ödəniş kartları Bank tərəfindən 50% endirimlə təklif edilir.
Bundan başqa, 31 yanvar 2018-ci il tarixinədək “AccessBank”QSC-nin emissiya etdiyi ödəniş kartlarının sahibləri nağdsiz ödəniş etməklə yeni iPhone X qazanmaq imkanı əldə edəcəklər.
Uduşlu kampaniyada iştirak etmək üçün, “AccessBank” tərəfindən dövriyyəyə buraxılmış Visa və Mastercard ödəniş kartları vasitəsilə (maaş kartları və biznes kartları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə 20 AZN və ya ondan yuxarı məbləğdə əməliyyatlar aparmaq (kampaniyada iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir.
USD/EUR/GBP valyutalarında aparılan əməliyyatların AZN ekvivalenti əməliyyatın məbləğinin hesabdan silindiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsi ilə hesablanacaq.
“NBC Bank”
Bu il 25 illiyini qeyd edəcək "NBCBank" göstərdiyi xidmət və təklif etdiyi məhsullar üzrə yubiley ilə yanaşı yeni il kampaniyaları keçirir. Neftçilərə, Təhsil, Rabitə, Ədliyyə, Sənaye, Energetika, Fövqaladə Hallar, Səhiyyə və Prokurorluq sahəsində çalışanlara kredit üzrə 10%-dək endirim elan edir. Kampaniya 15.09.2017 – 30.12.2017 müddəti üçün keçərlidir.
Qeyd edək ki, “AFB Bank”, “Bank BTB” “Naxcıvan Bank”, “AzərTürk bank”, “Bank Avrasiya”, “Melli İran Bankı”, “Ziraat Azərbaycan”, “Paşa Bank”, “NBP Bank”, “Bank Nikoil”, “Dəmir Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Turan Bank”, “Express Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Silk Way”, “Amrahbank”, “Günay Bank”, “Xalq Bank”, “AG Bank”, “Muğan Bank” və “Rabitə Bank” Yeni illə bağlı heç bir aksiyaya start verməyib.
Bankların Yeni il kampaniyaları - SİYAHI
13:54
11 Dek 2017