2021-ci ilin son ayında bir çox banklar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kampaniyalar keçirir.
FED.az biznes və maliyyə xəbərləri portalı belə kampaniyalar elan edən bankların siyahısını təqdim edir:
1.ABB
ABB-də - QIŞ FÜRSƏTLƏRİ!
ABB Yeni il ərəfəsində müştərilərə yeni fürsətlər yaradıb. Bankın elan etdiyi kampaniya zamanı TamKart debet Visa Classic, Mastercard Standard adlı və adsız kartları, Azercell Co-Brand debet kartları müştərilərə güzəştli şərtlərlə təqdim olunur. Bu kartların hər birini 31 dekabra qədər ABB-dən cəmi 5 manata əldə etmək olar.
Əlavə olaraq, kampaniya müddətində ABB mobile tətbiqinə ilk dəfə qoşulan müştərilərə 5000 “Xoşgəldin faydası” verilir. Eyni zamanda, tətbiq üzərindən apardığı mobil operator, internet, TV, kommunal ödənişlərə görə müştəriyə hədiyyə edilən fayda bonusları ikiqat hesablanır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
ABB
Hər bir müştəri ABB-yə müraciət edərək “İlin son fürsət”indən yararlana bilər. Belə ki, kampaniya müddətində nağd pul kreditini cəmi 13%-dən başlayan illik faiz dərəcəsi ilə əldə etmək olar. Bu fürsət 1 dekabrdan 10 yanvara qədər keçərlidir.
Kampaniyanın şərtləri:
- Məbləğ – 30 000 manatadək
- Müddət – 60 ayadək
- Komissiya – 0%
- İllik faiz dərəcəsi – 13%-dən başlayaraq
- Zaminsiz – 20 000 manatadək
- 500 manatlıq TamKart kredit kartı hədiyyə
ABB-nin əmək haqqı və pensiya kartı sahibləri ilə yanaşı, əmək haqqını digər bankların kartları ilə alan müştərilər də bu sərfəli kredit imkanından faydalana bilərlər. Başqa banklara kredit borclarını bağlayıb ABB-dən daha da aşağı faizlərlə kredit əldə etmək də olar.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB Mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
2. Expressbank
2022-ci ilə "Expressbank"la Siz də aşağı kredit faizləri ilə - DAXİL OLUN!
Yeni kredit kampaniyası çərçivəsində Expressbank müştərilərə yeni ildən kreditlərini daha az ödəyərək gəlirlərinə qənaət etmək imkanı yaradır. Əmək haqqı, iş yeri və vəzifəsindən asılı olmayaraq hər kəs, cəmi 13.22%-lə 30.000 manatadək nağd pul krediti əldə edə biləcək.
Üstəlik kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD hətta Platinum kredit kartları hədiyyə olunacaq.
Kampaniyadan yararlanmaq istəyən müştərilər Expressbank-ın istənilən filialına yaxınlaşa və ya bankın onlayn xidmət kanallarından – SİFARİŞ linkinə keçid edərək, Express24 mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi saytından krediti banka yaxınlaşmadan sifariş edə bilərlər.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi saytına https://www.expressbank.az daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.
3.Unibank
"Unibank"la Yeni ilə üç sıfır öndə - BAŞLA!
Yeni ildən etibarən həyatınızda başlanğıclara imza atmaq, planlarınızı həyata keçirmək üçün sərfəli şərtlərlə vəsait əldə etmək istəyirsinizsə, Unibank sizə bu imkanı yaradır. “Unibank”ın kampaniyasından faydalanaraq, Yeni ilə üç sıfır öndə başlayın!
31 dekabradək “Unibank”da:
- Nağd kreditlərin komissiyası – 0
- Kartların xidmət haqqı – 0
- Üstəlik bütün bu məhsulların əldə edilməsi üçün vaxt itkisi – 0
Kampaniya dövründə “Unibank”dan nağd kredit götürənlər bu üstünlükləri də əldə edəcək:
- sığorta xərci yoxdur;
- zamin tələb olunmur;
- 60 ayadək ödəniş müddəti;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.
Krediti banka gəlmədən:
- 050 778 8117 whatsapp nömrəsinə yazaraq;
- “0” yazıb, sms ilə 8117-yə göndərməklə;
- Unibankın yenilənmiş mobil tətbiqi olan UBank istifadə edərək;
- www.unibank.az saytından (https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook, Twitter və Instagram səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Unibank-Sənin Bankın!
"Unibank" sahibkarlar üçün - QIŞ KAMPANİYASI KEÇİRİR
Biznesinizə pulun daha çox lazım olduğu bir vaxtda, Unibank mikro və kiçik sahibkarlar üçün çox sərfəli kampaniya elan edib.
“Qış kampaniyası” çərçivəsində ilin sonunadək kredit faizləri azaldılıb və kreditlər 0% komissiyalı olub. Kampaniya çərçivəsində sahibkarlar Unibank filialına müraciət edərək mikro kreditləri komissiyasız və 2%-dək endirimlə əldə edəcəklər.
Faizi bir az da aşağı olsun deyirsinizsə, onda filiala gəlmədən, elə biznesinizin başındaykən kredit müraciəti edə bilərsiniz. Çünki onlayn müraciət edən biznes sahibləri əlavə olaraq 1% endirim qazanaraq, krediti 3% endirimlə və komissiyasız əldə edəcəklər. Onlayn mikro kredit əldə etmək üçün bu linkdən (https://unbk.az/Wspp) müraciət edə bilərsiniz.
“Unibank”ın qış kampaniyasından faydalanın, biznesiniz qış yuxusuna getməsin!
“Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.
Unibank - Sənin Bankın!
4.Kapital Bank
Birbank istifadəçiləri əlavə bonuslar - QAZANACAQLAR
Ölkənin ilk rəqəmsal bankı olan Birbank, istifadəçilərinə Yeni ilin gəlişi münasibətilə kampaniya təqdim edir.
Şərtlərə görə Kapital Bank kartları ilə Birbank-da ödəniş edən istifadəçilər əlavə bonuslar qazanacaqlar. Belə ki, Birbank vasitəsilə bir dəfəyə 20 AZN və daha yüksək məbləğdə mobil, stasionar telefon, kommunal, TV və ya internet ödənişi edənlər, əlavə olaraq 1 AZN məbləğində bonus əldə edəcəklər.
31 dekabr 2021-ci il tarixinədək davam edəcək aksiya zamanı hər Birbank istifadəçisi maksimum 5 dəfə (toplam 5 AZN) bonus qazana bilər. Qeyd edək ki, ƏDV bonusları, “Ürəklər” və ya başqa bankların kartları ilə həyata keçirilən ödənişlərə bonus hesablanmır.
3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz
5.Rabitəbank
"Rabitəbank"dan - İLİN SON KAMPANİYASI!
Rabitəbankyeni ilin astanasında 2021-ci ilin son kampaniyası ilə nağd pul kreditinin illik faizini endirdi.
Dekabrın 3-dən etibarən bankın sadiq və yeni müştəriləri nağd pul krediti məhsulunu illik cəmi 14.44% ilə başlayan şərtlərlə əldə edəcəklər. 30000 AZN-dək nağd pul kreditini 36 ay müddətinə heç bir komissiya və sığorta haqqı ödəmədən əldə etmək üstünlüyünə sahibsiniz.
Kampaniya müddətində krediti onlayn sifariş edən müştərilər əlavə endirim qazanacaqlar. Bunun üçün nağd pul kreditini Rabitəbankın rəsmi saytından, Rabita Mobile tətbiqindən, 4133 qısa nömrəsinə “Kredit” yazıb göndərməklə və ya 133 Çağrı Mərkəzinə zəng edərək sifariş edə bilərsiniz.
Təklifin keçərli olduğu son gün – 14 yanvar, 2022-ci il.
Daha ətraflı məlumatı www.rabitabank.com rəsmi veb-saytından, 133 Çağrı Mərkəzindən və ya Bankın rəsmi sosial media hesablarında ismarış yollayaraq əldə edə bilərsiniz.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
6. AccessBank
"AccessBank"dan illik 14%-lə - NAĞD KREDİT!
AccessBank-ın “İlin son fürsəti” kampaniyası nağd krediti daha da sərfəli edib. İndi müştərilər əmək haqqıdan asılı olaraq 30 min AZN-dək nağd krediti illik 14%-dən başlayan faiz dərəcəsi ilə və ən əsası zaminsiz və komissiya haqqı olmadan əldə edə bilərlər. Kreditin maksimal müddəti 48 ayadəkdir.
Ətraflı məlumat əldə etmək və sifariş vermək üçün: https://www.accessbank.az/az/private/loans/
Kampaniyadan yararlanmaq üçün AccessBank-ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yazmaq olar. Məhsul haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) əldə etmək mümkündür.
7.AFB Bank
AFB Bankdan yeni il sevinci - 14%-LƏ NAĞD PUL KREDİTİ
“AFB Bank” müştərilərinə Yeni ili minimum faizlə keçirməsi üçün misilsiz dəstək göstərəcək.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul krediti illik cəmi 14%-lə təqdim edilir. 30 000 AZN-dək krediti 48 ay müddətinə zaminsiz və sığorta haqqı ödəmədən əldə etmək üstünlüyünə sahibsiniz.Eyni zamanda növbəsiz çevik rəsmiləşdirmə ilə vaxta qənaət edəcəksiniz.
Sərfəli kredit məhsulundan, Azərbaycan ərazisində yaşayan və Azərbaycan vətəndaşı olan, rəsmi gəlirini təsdiq edə bilən hər kəs və 70 yaşına qədər təqaüdçülər yararlana bilər.
“AFB Bank” ın təqdim etdiyi Nağd pul kreditindən yararlanmaq üçün https://afb.az/nagd-pul-krediti online sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 15 45 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.
8.Yelo Bank
"Yelo Bank"dan tam - ONLAYN KREDİT
Yelo Bankdan krediti banka gəlmədən al
Yelo Bank filiala gəlmədən kredit almaq imkanını təqdim edib.
Bunun üçün Yelo Bank müştərisi olmaq da tələb olunmur. İstənilən şəxs yalnız Yelo App mobil tətbiqini yükləyərək tam onlayn kredit ala bilər. Təqdim edilən əksər onlayn kreditlərdən fərqli olaraq yalnız müraciət deyil, kreditin təsdiqi də tam onlayn baş verir. Müştəri bir dəfə də olsun banka yaxınlaşmır. Kredit müraciətdən qısa müddət sonra təsdiqlənir. Əgər sizdə Yelo kart varsa, vəsait birbaşa ora köçürülür. Əgər yoxdursa, yeni kart açılır və təsdiqlənən nağd pul vəsaiti ora mədaxil edilir. Kart tam pulsuz şəkildə olduğunuz ünvana çatdırılır. Çatdırılma zamanı üzərinizdə yalnız şəxsiyyət vəsiqənizin olmağı kifayətdir. Əlavə heç bir sənəd tələb olunmur. Hələlik çatdırılma xidməti yalnız Bakı şəhər daxilində reallaşdırılır.
Üstünlüklər bunlarla bitmir. Onlayn kredit zaminsiz və komissiyasızdır. İllik 14%-dən başlayan 15 000 AZN-dək istehlak kreditini istənilən məqsədlər üçün kredit kalkulyatoru vasitəsilə hesablayıb almaq mümkündür. Kredit üzrə maksimal müddət 48 aydır.
Çoxlu sənədləşmələr, filiallarda növbələri unudun. Sifariş proseduru çox sadədir.
- Gündəlik işlərinizdən ayrılmadan Yelo mobil tətbiqini yükləyirsiniz.
- Mobil nömrə və FİN kodunuzla qeydiyyatdan keçirsiniz.
- Daxil olduqdan sonra “Kredit” bölməsindən istədiyiniz məbləğ və müddəti seçməyiniz kifayətdir.
Müştərinin razılığı ilə kreditin təsdiqi üçün tələb olunan digər məlumatlar avtomatik alınır. Yeni xidmət müştəri təcrübələri və testlər nəticəsində yaradılıb və ilk addımdan sonadək rahat keçilir.
Kreditin ödənişi də alınması kimi mobil tətbiq üzərindən onlayn edilə bilər.
Elə indi yükləyin və bir çox üstünlüklərdən yararlanın: bit.ly/ylpraz-
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!
9.Azər Türk Bank
"Azər Türk Bank" Yeni il münasibətilə kredit kampaniyasının - MÜDDƏTİNİ UZATDI
Dövlət bankı Azər Türk Bank Yeni il münasibətilə müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə başladığı kampaniyasının müddətinin 15 yanvar da daxil olmaqla, yeni 2022-ci ilin həmin tarixinədək uzadıb.
Kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14%-dir. Qeyd edək ki, 24 ay müddətinədək verilən kreditlərə görə komissiya haqqı yoxdur.
Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
10.Bank of Baku
"Bank of Baku"da - FAİZLƏR ENDİ, AYLIQ ÖDƏNİŞLƏR AZALDI! YENİ İL KAMPANİYASI
Yeni ilin gəlişini sevinclə qarşılayan Bank of Baku, müştərilərinə Yeni İl möcüzəsi yaşadaraq - FAİZLƏRİ ENDİRDİ, AYLIQ ÖDƏNİŞLƏRİ AZALTDI.
Belə ki, indi Bank of Baku-dan 30.000 AZN-dək Nağd Pul Krediti əldə edən HƏR KƏSİN AYLIQ ÖDƏNİŞİ DAHA AZ OLACAQ.
Məsələn, kampaniya müddətində 3500 AZN kredit əldə edən şəxslər aylıq 135 AZN yox, 95 AZN, 6000 AZN kredit əldə edənlər isə aylıq 232 AZN yox, 162 AZN ödəyəcəklər. Yəni, kreditin aylıq məbləği azalacaq və şərtlər daha sərfəli olacaq.
Yeni ilə özəl olaraq keçirilən kampaniyanın üstünlükləri bununla bitmir. Kredit əldə edən müştərilər bir çox üstünlüklərə sahib ola biləcəklər:
- İllik min.14% ilə kredit;
- 20.000 AZN-dək ZAMİNSİZ kreditləşmə;
- 30 dəqiqə ərzində kredit alma imkanı;
- Növbəsiz və çevik rəsmiləşmə.
Bank of Baku-nun yeni kampaniyasından maaş kartı istənilən banka aid olan, başqa bankda krediti olan və Azərbaycan Respublikası ərazində yaşayan və qeydiyyatda olan HƏR KƏS faydalana bilər.
Kampaniya 31 dekabr 2021-ci il tarixinə kimi keçərlidir.
Yeni ildə sərfəli şərtlərlə kredit əldə etmək istəyən şəxslər, bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, “WhatsApp-dan - (+99450) 447-00-55 müraciət edə və ya onlayn kredit sifarişi (https://bit.ly/2MutncF) bölməsindən krediti sifarişi yerləşdirə bilər.
Qeyd edək ki, Bank of Baku-nun bütün filialları şənbə günü də FASİLƏSİZ olaraq müştərilərinin xidmətindədir:
- Yasamal, Neftçilər, Əhmədli, Nəsimi, Şirvan və Yeni Gəncə filialı saat 10:00-dan 17:00-dək;
- Baş İdarə, Bakıxanov, Azneft, Səməd Vurğun, Mərkəz, Həzi Aslanov, Mərdəkan, Sumqayıt, Xırdalan, Xaçmaz, Şəki və Lənkəran filialları saat 10:00-dan 14:00-dək.
Daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
11. Yapı Kredi Bank Azərbaycan
“Worldcard”la alış-veriş festivalı” - KAMPANİYASI!
“Yapı Kredi Bank Azərbaycan” Worldcard kredit kartının Azərbaycanda fəaliyyətə başlamasının 9-cu ili münasibəti ilə müştəriləri üçün yeni kampaniyasını təqdim edir.
1 oktyabrdan 31 dekabra qədər Worldcard sahibi olan müştərilər üçün ölkədaxilində və ya ölkəxaricində olmasından asılı olmayaraq bütün POS terminallar vasitəsilə və onlayn edilən 100 AZN və daha çox məbləğdə alış-verişlər 3 hissəyə bölünəcək. Kampaniya daxilində edilən alış-verişlər hissələrə bölünən zaman heç bir əlavə kommissiya tətbiq olunmayacaq.
Qeyd edək ki, kampaniya bütün digər bankların POS terminallarında və bütün onlayn alış-veriş saytlarında keçərlidir!
Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
12. VTB (Azərbaycan)
"VTB (Azərbaycan)" nağd pul krediti üzrə faiz dərəcəsini - 14,5%-Ə ENDİRİB
Bank VTB Azərbaycan Yeni il kampaniyası çərçivəsində nağd pul krediti üzrə dərəcəsini 14,5%-ə endirir. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 35 000 manatadək 6 aydan 60 aya qədər müddətə 15%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərsiniz.
Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
Kampaniya 15 yanvar 2022-ci il tarixinədək davam edəcək.
“İlin sonu ənənəvi olaraq iri xərclər dövrüdür, bununla əlaqədar müştərilər daha çox nağd pul krediti seçirlər. Bu məhsula artan tələbatı nəzərə alaraq, müştərilərə kreditlərin verilməsi şərtlərini yaxşılaşdırmaq və faiz dərəcəsini 14,5%-ə endirmək qərarına gəldik. İlin əvvəlindən Bankın nəğd pul krediti üzrə portfeli təxminən üç dəfə artaraq 49,33 milyon manat təşkil edib. Müştəri müraciətlərinə vaxtında cavab vermək və sərfəli və sərfəli məhsullar təklif etmək bankımız üçün strateji prioritetdir”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Müştərilər kredit müraciətini bankın veb-saytına, Facebook və WhatsApp messencerlərindəki Direct çat-banka, həmçinin bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.
13.AFB Bank
“AFB Bank”dan - “YENİ İL KAMPANİYASI”!
“AFB Bank” ilin sonunda artan xərcləri qarşılamaq, təzə ildə özlərini və eləcə də doğmalarını sevindirmək istəyənlər üçün “Yeni il kampaniyası”na start verir.
Kampaniya müddətində müştərilər “AFB Bank”dan kredit kartını çox sərfəli şərtlərlə 18%-dən əldə edəcəklər! Kreditin məbləği 10.000 AZN-ə qədər olduqda zamin tələb olunmur. Kredit müddət isə 36 aya qədərdir.
14. Turanbank
"TuranBank"dan biznes kreditlərinə - 3%-DƏK ENDİRİM QAZANIN!
TuranBank kiçik və orta sahibkarlar üçün faiz dərəcəsini daha sərfəli edən yeni biznes kredit kampaniyasına start verib.
Bu kampaniya çərçivəsində sahibkarlar biznes kreditlərinə illik 3%-dək endirim imkanı əldə edəcək və eyni zamanda müraciət edən hər kəs əsas borcun ödənişinə 2022-ci ilin aprel ayından başlamaq imkanı qazanacaq.
1 mart 2022-ci il tarixədək davam edəcək kampaniyanın şərtlərinə əsasən biznes krediti üçün filiala gəlmədən TuranBank-a məxsus sosial şəbəkələrdən (Facebook, Instagram, Whatsapp) onlayn və ya 935 Məlumat Mərkəzinə də zəng edərək müraciət edə bilərsiniz.
Kampaniya haqqında daha ətraflı https://bit.ly/33RcZPn keçidinə daxil olaraq tanış ola bilərsiniz.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 17 xidmət məntəqəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBankın rəsmi veb səhifəsini https://bit.ly/2QRt5C5 və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...
15. Bank Respublika
Yeni il öncəsi krediti "Bank Respublika"dan götürənlər kreditin - 5%-Nİ GERİ ALACAQ!
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Yeni il ərəfəsində də, müştərilərini sevindirəcək çox sərfəli kredit kampaniyasına start verib.
Artıq kredit götürərkən xərcləriniz barəsində deyil, nə qədər pul qazanacağınız haqda düşünəcəksiniz!
Çünki, Bank Respublikanın start verdiyi yeni kampaniya çərçivəsində müştərilər nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsilə götürüb, kredit məbləğinin 5%-ni geri alacaqlar! Bunun üçün, bankın kartla təqdim etdiyi istehlak kreditini nağdsız şəkildə xərcləmək kifayət olacaq.
Qeyd edək ki, “Bank Respublika”ya müraciət edən istənilən peşə sahibləri max.müddәti 48 ay olan 50 000 manatadək nağd istehlak kreditlərini heç bir sığorta haqqı olmadan və zaminsiz əldə etmək imkanı qazanacaq.
Kampaniya 10 yanvar 2022-ci il tarixinədək davam edəcək.
Ən önəmli məqamlardan biri də odur ki, Bank Respublikadan daha öncə kredit götürən müştərilər banka gəlmədən onlayn müraciət edərək krediti birbaşa kartlarına almaq imkanı da qazanacaqlar. Krediti onlayn sifariş edən müştərilər həmçinin KOMİSSİYADA 50% ENDİRİM əldə edə biləcək.
Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.