Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 31 bankdan 15-nin balans kapitalı nizamnamə kapitalından azdır.
Bu aparılmış araşdırma nəticəsində məlum olub.
Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Kapitalı ən çox azalmış bank "Azərbaycan Beynəlxalq Bankı" (873,882 milyon manat), kapitalı ən az azalmış bank isə "AFB Bank"dır (2,813 milyon manat).
16 bank isə kapitalını artırmağı bacarıb. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (101,821 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (0,792 milyon manat) qeydə alınıb.
№ |
Bankın adı |
Bankın balans kapitalı ilə nizamnamə kapitalının fərqi (milyon manatla) |
1 |
Kapital Bank |
+ 101,821 |
2 |
PAŞA Bank+ |
+ 64,900 |
3 |
Azərbaycan Sənaye Bankı |
+ 30,063 |
4 |
Atabank |
+ 29,155 |
5 |
Xalq Bank |
+ 28,334 |
6 |
Bank Silk Vey |
+ 18,881 |
7 |
Zıraat Bank Azərbaycan |
+ 14,271 |
8 |
Bank Avrasiya |
+ 13,886 |
9 |
Yapı Kredi Bank Azərbaycan |
+ 13,671 |
10 |
Amrah Bank |
+ 8,092 |
11 |
Express Bank |
+ 5,409 |
12 |
Naxçıvan Bank |
+ 4,631 |
13 |
Dəmir Bank |
+ 4,567 |
14 |
Turan Bank |
+ 4,438 |
15 |
Azər-Türk Bank |
+ 3,440 |
16 |
Pakistan Milli Bankı - Bakı |
+ 0,792 |
17 |
AFB Bank |
- 2,813 |
18 |
Rabitə Bank |
- 2,815 |
19 |
Günay Bank |
- 6,634 |
20 |
NBC Bank |
- 8,076 |
21 |
İran Milli Bankı - Bakı |
- 10,166 |
22 |
Bank Respublika |
- 10,859 |
23 |
Bank of Baku |
- 12,362 |
24 |
Bank VTB Azərbaycan |
- 12,955 |
25 |
Bank BTB |
- 13,050 |
26 |
Muğan Bank |
- 16,342 |
27 |
AGBank |
- 50,009 |
28 |
Access Bank |
- 61,893 |
29 |
Unibank |
- 76,696 |
30 |
Nikoyl Bank |
- 143,297 |
31 |
Azərbaycan Beynəlxalq Bankı |
- 873,882 |
Renkinq©