Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il fevralın 1-nə 2 267,2 mln. manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 41,1 mln. manat və yaxud 1,8% azdır.
Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 3,56 dəfə azalıb.
"Report"un analitik qrupu bildirir ki, kəskin azalma "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) məbləğində xarici öhdəliklərinin Azərbaycan hökumətinə ötürülməsi ilə bağlıdır.
Dollar ekvivalentində isə xarici öhdəliklər fevralın 1-nə 1 333,6 mln.dollar təşkil edib. Bu göstərici yanvarın 1-nə 1 357,7 mln., ötən il dekabrın 1-nə 1 471 mln., noyabrın 1-nə 1 500 mln., oktyabrın 1-nə 1 592 mln., sentyabrın 1-nə isə 3,779,1 mln. dollar olub. Yəni dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 24,1 mln. dollar azalma göstərib. Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin yanvar ayında qeydə alınıb və 8 071,7 mln. manata (4 211,7 mln. dollar) bərabər olub.