30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.7 mlrd. manat, cəmi öhdəlikləri isə 23.8 mlrd. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) FED.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.8 mlrd. manat olub. 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0.9% (256 mln. manat), öhdəlikləri 1.1% (258 mln. manat) azalıb, kapitalı isə 0.04% (2 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,467 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,503 nəfər təşkil edib. Aprel ayında bank sektorunda işçi sayı 0.7% və ya 114 nəfər artıb.
30 aprel 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
Bankların vəziyyəti məlum oldu – RƏQƏMLƏR AÇIQLANDI
11:54
1 İyun 2018