“Bankların real sektora daha çox kredit ayırmasının qarşısındakı əngəllərdən biri girovların satışının uzun çəkməsidir”
FED.az ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Eləcə də bax:“Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil”
“Verilmiş kreditlər üçün götürülmüş girovların realizasiyası (satışı) uzun müddət çəkir. Banklar girovları satıb vəsaitini götürə bilmir, amma vaxtı çatdıqda əmanətçinin pulunu qaytarırlar. Girovların reallaşdırılması mexanizmi sadələşdirilməlidir. Bu bankları biznes kreditləri ayırmağa maraqlandıracaq. Əgər girovların satışı 5 il çəkirsə, təbii ki, bu, kredit faizlərinin də yüksəlməsinə səbəb olacaqdır”, - Elman Rüstəmov bildirib.