Eləcə də bax: Banklarda artıq pul var - 6,76%-Ə GÖRƏ NÖVBƏYƏ DÜZÜLÜBLƏR
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatlarına görə, 2019-cu ilin aprelin sonuna ölkə bankları qiymətli kağızlar sektoruna 4 milyon 194,1 milyon manat yatırım ediblər. Bir ay əvvəllə, yəni martın sonu ilə müqayisədə yatırımların həcmi təqribən 125 milyon manat azalsa da, 3 il əvvəlki vəziyyətlə müqayisədə 10 qat artım deməkdir.
Başqa sözlə, 2016-cı ildən etibarən bankların qiymətli kağızlara yatırımarı sürətlə artmaqdadır.
Belə ki, 2016-ci ilin sonunda bankların qiymətli kağızlara investisiyası cəmi 414,6 milyon manat olmuşdu. 2017-ci ilin sonunda bu məbləğ 6 dəfə araraq 2 milyard 498,5 milyon manata yüksəlib.
2018-ci ildə isə bankların QK-lara yatırımları daha 43% artaraq ilin sonunda 3 milyard 586,5 milyon manat olub.
Bankların qiymətli kağızlara sürətli yatırımları 2019-cuildə də davam edib və qeyd olunduğu kimi aprelin sonunda 4 milyard 194,1 milyon manat təşkil edib. Başqa sözlə, təkcə bu il QK sektoruna bank yatırımları daha 600 milyon manat və ya 17% artıb.
Məbləğ ifadəsi ilə yanaşı, bankların qiymətli kağızlara investisiyalarının ümumi aktivlərdə payı da yüksəlməkdədir.
FED.azın hesablamalarına görə, son 3 ildə bank aktivlərində QK investisiyalarının payı 11 dəfə artıb.
Belə ki, 2016-cı ilin sonunda bank sektorunun aktivləri 31 milyard 439 milyon manat idi və QK-lara investimiyalar aktivlərin cəmi 1,3%-ni təşkil edirdi.
2017-ci ildə isə bank aktivlərinin həcmi 27 milyard 921 milyon manata endi, QK-lara yatırımların xüsusi çəkisi isə 8,9%-ə yüksəldi.
2018-ci ildə sektorunun aktivləri artaraq 29 milyard 502,4 milyona, aktivlərdə QK-lara yatırımların payı isə 12,1%-ə yüksəldi.
Nəhayət, 2019-cu ilin aprelin sonunda bank sektorunun aktivləri 29 milyard 769,1 milyon manat olduğu halda, QK-lara investiiyanın xüsusi payı 14,1% təşkil edib.
Başqa sözlə, hazırda bankların aktivlərinin təqribən 7-də biri Qiymətli kağızlar sektoruna yönəlib.
Daha maraqlı götərici odur ki, qiymətli kağızlara yatırımlar, bankların əsas «çörək ağacı» sayılan kredit portfelinin 3-də birinə çatıb. Belə ki, aprelin sonuna bank sektorunun ümumi kredit portfeli 12 milyard 674 milyon manat olub.
Başqa sözlə, qiymətli kağızlara yatırımlar banklar üçün kreditlərdən sonra ikinci əsas gəlir mənbəyinə çevrilib.
Məhz ona görə, qiymətli kağızların yerləşdirilməsi üzrə hərraclarda banklar tərəfindən böyük maraq nümayiş olunur. Bir qədər əvvəl Mərkəzi Bankın notları üzrə hərracda tələbat təklifi 4 dəfədən çox üstələyib