2026-cı ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızlar portfelindən əldə etdiyi faiz gəlirləri 45,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon manat və ya 2,8% azalma deməkdir.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə (2025-ci ilin yanvar ayında) bankların qiymətli kağızlar üzrə faiz gəlirləri 46,9 milyon manat təşkil edirdi.












