Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 690,6 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bbu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 milyon manat və ya 7% çoxdur.
Belə ki, ötən ilin fevralın 1-nə Azərbaycandakı bankların qeyri-işlək kreditlərinin həcmi 645,4 milyon manat idi.
Bu dövrdə bankların qeyri-işlək kreditlərinin 389,4 milyon manatı biznes kreditlərinin, 267,2 milyon manatlı istehlak kreditlərinin, 34 milyon manatı isə ipoteka kreditlərinin payın düşüb.
QİK biznes kreditlərinin həcmi aylıq müqayisədə 14,6 milyon manat (3,9%) artıb), illik 12,1 milyon manat (3%) azalıb. Ümumi portfeldə isə çəkisi 2,6%-ə bərabər olub ki, bu da aylıq 0,1% çox, illik 0,6% azdır.
QİK istehlak kreditlərinin həcmi aylıq müqayisədə 20,9 milyon manat (8,5%), illik 62,5 milyon manat (30,5%) artıb. Ümumi portfeldə isə çəkisi 3,1%-ə bərabər olub ki, bu da aylıq və illik 0,2% azdır.
QİK ipoteka kreditlərinin həcmi aylıq müqayisədə dəyişməyib, illik 5,4 milyon manat (13,7%) azalıb. Ümumi portfeldə isə çəkisi 0,8%-ə bərabər olub ki, bu da aylıq müqayisədə dəyişməyib və illik 0,3% azdır.
Bankların qeyri-işlək kreditləri ümumi kredit portfelinin 2,5%-ni təşkil edir.