2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz xərcləri 2 milyard 845,5 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 398,1 milyon manat, yəni 16,3% artıb. Aylıq müqayisədə isə artım 283,6 milyon manat, yəni 11% yüksəlib.
Xatırladaq ki, bankların qeyri-faiz xərcləri bu ilin noyabrın 1-nə 2 milyard 561,9 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 2 milyard 447,4 milyon manat təşkil edib.
Bankların xidmətlər üzrə ödədiyi haqq və komissiya xərcləri 984,8 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 133,9 milyon manat (15,7%), son bir aya nəzərən isə 103,6 milyon manat (11,7%) artıb.












