2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri (komissiya, valyuta əməliyyatları və s. üzrə gəlirlər) 1 milyard 669,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 165,4 milyon manat, yəni 11% artıb. Aylıq müqayisədə isə artım 129,9 milyon manat, yəni 8,4% yüksəlib.
Xatırladaq ki, bankların qeyri-faiz gəlirləri bu ilin noyabrın 1-nə 1 milyard 539,4 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 1 milyard 503,9 milyon manat təşkil edib.
Məbləğdə artım olmasına baxmayaraq, qeyri-faiz gəlirlərinin bankların ümumi gəlir strukturundakı payı azalıb. Belə ki, bu il qeyri-faiz gəlirləri cəmi gəlirlərin 26,8%-ni təşkil etdiyi halda, ötən ilin eyni dövründə bu göstərici 29,5% olmuşdu. Bu, bankların gəlir mənbələri arasında faiz gəlirlərinin artımının qeyri-faiz gəlirlərini üstələdiyini göstərir.
Bankların hesabların aparılması və digər xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 383,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon manat (5,1%), son bir aya nəzərən isə 23,9 milyon manat (6,7%) artım deməkdir.












