2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin (QİK) ümumi həcmi 762,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 107,5 milyon manat və ya 16,4% artım deməkdir.
Həmçinin, problemli kreditlərin ümumi kredit portfelindəki payı da 2,4%-dən 2,5%-ə yüksələrək 0,1 faiz bəndi artıb.
Xatırladaq ki, əvvəlki ilin sonunda (31.12.2024) bankların ümumi qeyri-işlək kreditləri 655,1 milyon manat təşkil edirdi.












