2018-ci ilin Yanvar ayında bankların ödəniş kartlarının sayı 20 min ədəd artaraq 5 milyon 820 min ədədə çatıb. FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, artım kredit kartları və əməkhaqqı kartları hesabına yaranıb.
Yanvarda sosial katlar 26 min ədəd azalaraq 2 milyon 509 min ədədə, digər debet kartlar isə 5 min ədəd azalaraq 810 min ədədə düşüb.
Əməkhaqqı kartları isə 20 min ədəd artaraq 1 milyon 847 min ədədə, kredit kartları isə 32 min ədəd artaraq 655 min ədədə çatıb.
Son 2 ildə əməkhaqqı katlarının sayı 398 min ədəd artıb. 2016-cı ilin Yanvarında əməkhaqqı kartlarının sayı 1 milyon 449 min ədəd idi. Son 2 ildə cəmi ödəniş kartları 428 min ədəd artıb.