Azərbaycanda hal-hazırda banklarda bayramla əlaqədar olaraq müxtəlif kampaniyalar davam edir. Sərfəli kreditlərdən, kampaniyalardan yararlanmağın əsl vaxtıdır.
FED.az Novruz bayramı ilə əlaqədar olan ən səmərəli kampaniyaları təqdim edir.
Beynəlxalq Bank
Azərbaycan Beynəlxalq Bankı Yaz mövsümü ərəfəsində yeni, möhtəşəm “Yaz fürsəti” kampaniyasına start verib. Kampaniya çərçivəsində eyni zamanda bankın bir neçə məhsulları üzrə xüsusi imtiyaz və endirimlər təklif edilir. “Yaz fürsəti” kampaniyasında təklif edilən şərtlər aşağıdakı kimidir:
- Martın 31-dək davam edəcək “Yaz fürsəti” kampaniyası çərçivəsində müştərilər TamKart kredit kartını pulsuz əldə edərək kredit faizinə endirim qazana bilərlər. Kredit 18%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ay müddətinə, 30 000 manatadək təklif edilir.
- Eyni kampaniya çərçivəsində Bankın TamKart debet kartlarını 50% endirimlə əldə etmək olar. Kartları həm Bankın filiallarında, həm də rəsmi internet səhifəsində onlayn sifariş vermək mümkündür.
- Nağdsız ödənişlərindən millər toplayıb pulsuz səyahət imkanı qazanmaq istəyənlər isə Azərbaycan Beynəlxalq Bankının “Yaz fürsəti” kampaniyasından faydalana bilərlər. Belə ki, Bankın belə bir imkanı yaradan IBA Miles kartları indi müştərilərə endirimli qiymətlə təklif edilir. Müştərilər martın 31-dək IBA Miles kartlarını onlayn sifariş əsasında 30% güzəştlə əldə edə bilərlər. Üstəlik, kart onlayn sifariş edildikdə müştərinin ünvanına pulsuz çatdırılır.
- “Yaz fürsəti” kampaniyası çərçivəsində 18 - 28 mart tarixləri aralığında TamKart sahibləri alış-verişlərini Azərbaycan Beynəlxalq Bankının partnyor şəbəkəsində bu kartla etdikdə daha çox kəşbək və endirimlər qazanacaqlar. Bankın partnyor şəbəkəsi ilə buradan ətraflı tanış ola bilərsiniz.
“Yaz fürsəti” kampaniyasının sadalanan imtiyazlarından indi hər kəs faydalana bilər. Kampaniya barədə daha ətraflı: https://ibar.az/yazfurseti
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
BANK OF BAKU
Belə ki, Novruz münasibətilə 15-20 mart tarixləri arasında Bank of Baku-ya müraciət edən HƏR KƏS 30.000 AZN-dək Nağd Pul Kreditini, -KOMİSSİYASIZ; -ZAMİNSİZ; -ENDİRİMLİ FAİZ şərtləri ilə əldə edə bilərlər. Sığorta haqqının da olmadığı kredit kampaniyasından əmək haqqı və iş yerindən asılı olmayaraq HƏR KƏS faydalana bilər.
Bank, Novruzda ölkənin ilk taksit kartı olan Bolkart sahiblərini də sevindirəcək. Belə ki, -15-20 mart tarixlərində Bolkart taksit kartı ilə marketlərdə ümumilikdə min. 200 AZN-lik alış-veriş edən hər kəs 20 AZN CASHBACK; -19-28 mart tarixlərində Bolkartın bütün “3-18 aya ödə partnyorlarında” alış-veriş edən müştərilər isə ödəniş müddətinə +3 AY HƏDİYYƏ qazanacaqlar.
Unibank
"Unibank"dan biznes sahibləri üçün yeni kampaniya - 3%-dək Endirim, Komissiya 0%
Gəlir artmırsa, biznesi böyütməyin vaxtıdır! Biznesi böyütmək üçün isə sərfəli maliyə vəsaiti lazımdır. Biznesin ən uğurlu inkişaf fəsli olan Baharda, Unibank kiçik və orta sahibkarlar üçün sərfəli maliyyə vəsaitinin doğru ünvanına çevrilib. Biznes sahiblər üçün keçirilən “Novruz kampaniyası”nda sahibkarlar “Unibank”dan həm 3%-dək endirimli biznes krediti götürmək imkanı qazanacaqlar, həm də komissiya ödəməyəcəklər.
Kampaniyadan faydalanmaq istəyən sahibkarlar martın sonunadək həftə içi “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/ https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-biznesinizə daimi dəstək!
Bank Respublika
"Bank Respublika" “Öz Çərşənbəni Seç!” kredit kampaniyasına - Start Verir
Qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb.
Hər zaman müştərilərini maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Novruz bayramının 4 ünsürü ilə bağlı “Öz Çərşənbəni Seç!” adlı kredit kampaniyasına start verir.
Aprelin 5-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən müştərilər, Novruz Çərşənbələrinin ünsürlərinə uyğun 4 kredit paketini endirimlə və pulsuz əldə edə biləcək:
“SU” PAKETİ: 1)Kredit faizinə 2% endirim; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Visa Gold plastik kartı hədiyyə
“OD” PAKETİ: 1)Komissiya 0%; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Mastercard PayPass Stiker hədiyyə
“YEL” PAKETİ: 1)Komissiya 0%; 2)3 aylıq güzəşt müddəti; 3)Visa Gold plastik kartı hədiyyə
“TORPAQ” PAKETİ: 1)Kredit faizinə 2% endirim; 2)3 aylıq güzəşt müddəti; 3)Mastercard PayPass Stiker hədiyyə
Qeyd edək ki kampaniya çərçivəsində max.müddәti 48 ay olan 30 000 manatadək nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsi və ZAMİNSİZ əldə etmək mümkün olacaq."Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.
Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
«Bank Respublika»dan mikro və aqro kreditlər üzrə - 5%-DƏK FAİZ ENDİRİMİ
Baharın gəlişi ilə mövcud biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq istəyirsiniz? Bunun üçün maliyyə dəstəyinə ehtiyacınız var? O zaman Bank Respublika Sizinlədir!
Ölkəmizdə real sektoru aktiv dəstəkləyən və sahibkarlığın inkişafına daim öz töhfəsini verən Bank Respublika, şəxsi biznes sahibləri üçün yeni kredit kampaniyasına start verir!
May ayının 1-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar, mikro və aqro kreditlər üzrə 5%-dək FAİZ ENDİRİMİ əldə edə biləcək! Kreditin maksimal məbləği - 50 000 manat, müddəti isə 36 ay təşkil edir. Qeyd edək ki, kampaniya çərçivəsində kreditləri 11%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək mümkün olacaq.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AFB BANK
AFB Bank 10.03.2021-10.04.2021-ci il tarixlərində Novruz Bayramı münasibətilə yeni kampaniyaya start verir. “Novruz kampaniyası” çərçivəsində Bankın müştərilərinə “Nağd pul krediti” məhsulunun illik faiz dərəcələrinə 5% -dək endirim tətbiq edilir: [3 ay- 12 ay] – 17%, [13 ay-24 ay] – 19%, [25 ay-36 ay] – 21%
Kampaniyasının şərtlərinə əsasən kreditlər 20.000 AZN-dək rəsmiləşdirilə bilər və kredit məbləği 5000 AZN-dək olduqda zamin tələb olunmur. Qeyd edək ki, 18 yaşdan başlayaraq ən azı davamlı 6 ay iş təcrübəsi və rəsmi gəliri olan hər kəs kredit üçün müraciət edə bilər.
KAPİTAL BANK
BirBank Novruz Bayramının gəlişi münasibətilə milyonlarla istifadəçisi üçün yeni fürsət təqdim edir. Belə ki, kampaniya müddətində hər çərşənbə axşamı “Ürəklər”i daha sərfəli şəkildə xərcləyə biləcəklər. Şərtlərə görə, 23 fevral – Su çərşənbəsində Azərsu, 2 mart – Od çərşənbəsində Azəriqaz, 9 mart – Yel çərşənbəsində Azərişıq ödənişləri edərkən 1 AZN ödəniş üçün cəmi 5 000 Ürək xərcləməli olacaqlar. Qeyd edək ki, digər vaxtlarda 1 AZN üçün 10 000 Ürək xərcləmək lazım olur. Eləcə də, 16 mart – Torpaq çərşənbəsində Azercell-dən 10 danışıq dəqiqəsi və ya 50 meqabayt internet, Bakcell-dən 20 danışıq dəqiqəsi (Ulduzum) və ya 50 meqabayt internet 5 000 Ürək deyil, cəmi 1 000 Ürəyə təqdim olunacaq. Ətraflı məlumat üçün – https://kbl.az/bbcuh
YELO BANK
Biznes hədəflərinizi rahat reallaşdıra bilməyiniz üçün Novruz bayramına özəl şərtlərlə kreditlər təklif edilir. 50 min AZN-dək kreditləri 0% komissiyasız və 3 ay faiz hədiyyəsi ilə əldə edə bilərsiniz. Üstəlik 12 ayadək güzəşt müddəti də almaq mümkündür. Üstünlüklər bununla bitmir. Kreditin rəsmiləşdirilməsi zamanı şərti girov və ya evə baxış tələb olunmur. Krediti vebsaytımız, ya da sosial şəbəkələrdən onlayn sifariş edərək vaxtınıza qənaət edin. Təkrar müştərilərin kredit götürmək üçün filiala yaxınlaşmaq, sıra gözləyib vaxt itirməyinə də ehtiyac qalmayacaq. Çünki Azərbaycanda ilk dəfə Yelo Bankda mikro kredit birbaşa müştərinin biznes kartına köçürülür.
TURANBANK
Aprel ayının 10-dək davam edəcək “Baharın sərfəli anı” kredit kampaniyasının şərtlərinə
əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kreditləri illik 10,9%-dən
başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu da son deyil. Belə ki, kampaniya
çərçivəsində rəsmiləşdirilən kreditlər sahibkarlara komissiyasız təklif edilir.
Kampaniya şərtlərinə əsasən, kreditin maksimal müddəti 36 ay, maksimal məbləği
100 000 AZN təşkil edir.
YAPI KREDİ BANK AZƏRBAYCAN
5 Aprel tarixlərindək ən çox alış-veriş edən “Worldcard” istifadəçisi Iphone 12 Pro Max qazanma şansı əldə edəcək. Qeyd edək ki, kampaniyada iştirak üçün birdəfəlik alış-verişin minimum məbləği 15 AZN-dir. Worldcard kredit kartı alış-veriş zamanı hissə-hissə ödəmə, müntəzəm kampaniyalar, imtiyazlı əlavə xidmətlər təqdim edir. Həmçinin, Worldcard vasitəsilə alış-verişlərinizdən bal qazanmaq, daha sonra isə bu ballarla World Üzv Ticarət Obyektlərində alış-veriş etmək mümkündür.