FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, ötən ilin İyul ayının sonu ilə müqayisədə xalis kreditlər 1 milyard 790,6 milyon manat artaraq 31 İyul 2019-cu il tarixində 11 milyard 872,5 milyard manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə 2019-cu ilin 7 ayı ərzində bankların müştərilərə verdiyi xalis kreditlər 723,2 milyon manat artıb.
31 iyul 2019-cu il tarixində bankların müştərilərə verdiyi cəmi kreditlər 13 milyard 342,3 milyon manat təşkil edib. Kredit portfelinin 1 milyard 469,8 milyon manatı kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatdan ibarət olub.
Marja.az