2018-ci ilin Dekabr ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların müştərilərə verdikləri kreditlər 87 milyon manat azalaraq 12 milyard 541 milyon manata geriləyib. Dekabrın sonunda bankların müştərilərə verdikləri kreditlər 12 milyard 628 milyon manat təşkil etmişdi.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, Yanvarda xalis kreditlər 11 milyard 149.3 milyon manatdan 11 milyard 56,2 milyon manata düşüb.
2018-ci ilin yanvar ayı ilə müqayisədə isə kreditlər 1 milyard 298,8 milyon manat və ya 11,5% artıb. 31 Yanvar 2018-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 11 milyard 242 milyon manat təşkil etmişdi.
Eləcə də bax: Azərbaycanda bu şəxslərin ölkədən çıxışına qadağa - ARADAN QALXACAQ
©Marja