Əmanətlərin Sığortalanası Fondu ləğv prosesində olan ”Texnikabank” və “Bank Standard”ın əmlaklarını hərraca çıxarıb.
FED.az xəbər verir ki, bu dəfə adı çəkilən banklara məxsus olan 4 əmlak hərraca çıxır. Bunlardan 3-ü ”Texnikabank”a, 1 əmlak isə “Bank Standard”a aiddir. Fond həmin əmlakları satmaq yox, icarəyə vermək niyətindədir. Bununla bağlı hərrac yanvarın 5-də keçiriləcək.
Hərraca çıcxarılacaq əmlaklar bunlardır:
1. Babək Plazada ofis sahəsi - «Texnikabank»a məxsusdur, 185.4 m2
Babək Plazanın 8 –ci mərtəbəsində yerləşən (Blok C, qapı -3) 185.4 kv.m sahəlik orta təmirli qeyri yaşayış sahəsinin aylıq ilkin icarə qiyməti ƏDV daxil olmaqla 1000 manatdan başlayır.
İştirak üçün ödənilməli olan depozitin məbləği 1.000 manat, iştirak haqqının məbləği 50 manat, hərrac addımı 50 manat olmaqla ən gec 04.12.2018 tarixinə qədər ödəniş həyata keçirilməlidir.
2. Babək Plazada ofis sahəsi - «Texnikabank»a məxsusdur 111,5 m2
Babək Plazanın 6 –cı mərtəsində (Blok B, qapı -1) və 12 –ci mərtəbəsində (Blok B, qapı -1) 111.5 kv.m orta təmirli qeyri yaşayış sahəsi ƏDV daxil olmaqla 730 manatdan hərraca çıxarılacaq.
İştirak üçün ödənilməli olan depozitin məbləği 730 manat, iştirak haqqının məbləği 36.50 manat, hərrac addımı 50 manat olmaqla ən gec 04.12.2018 tarixinə qədər ödəniş həyata keçirilməlidir.
3. Babək Plazada ofis sahəsi - «Texnikabank»a məxsusdur 111,5 m2
Babək Plazanın 12 –ci mərtəsində (Blok B, qapı -1) və 12 –ci mərtəbəsində (Blok B, qapı -1) 111.5 kv.m orta təmirli qeyri yaşayış sahəsi ƏDV daxil olmaqla 730 manatdan hərraca çıxarılacaq.
İştirak üçün ödənilməli olan depozitin məbləği 730 manat, iştirak haqqının məbləği 36.50 manat, hərrac addımı 50 manat olmaqla ən gec 04.12.2018 tarixinə qədər ödəniş həyata keçirilməlidir.
4. Sumqayıtda qeyri-yaşayış sahəsi - QSC “Bank Standard”a məxsusdur, 139,5 m2
Ləğv prosesində olan QSC “Bank Standard”KB-nın balansında olan 1 ədəd qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36 nömrəli evin, 1-ci mərtəbəsində yerləşir. Orta təmirlidir, ƏDV daxil olmaqla 2074 manata hərraca çıxarılacaq.
İştirak üçün ödənilməli olan depozitin məbləği 2074 manat, iştirak haqqının məbləği 103.70 manat, hərrac addımı 50 manat olmaqla ən gec 04.12.2018 tarixinə qədər ödəniş həyata keçirilməlidir.
Qeyd edək ki, kommunal xərclər icarə məbləğinə daxil deyil.
Hər 4 hərracda iştirak etmək üçün ərizələrin qəbulu 04.01.2018 tarixinədək gün ərzində saat 10:00 – 17:00 –dək davam edəcək. Ərizələrin qəbulu sözügedən plazanın 2 –ci mərtəbə 211 nömrəli otağında baş tutur.
Bankların mülkləri hərraca çıxarılır – OBYEKTLƏR, QİYMƏTLƏR
13:25
6 Dek 2017