Azərbaycan Mərkəzi Bankı (AMB) bank sisteminin fevralın sonuna olan vəziyyətini açıqlayıb. Dünya bazarında neftin qiymətinin mart ayından azaldığıın nəzərə aldıqda, mart ayında baş verən dəyişikliklər bu rəqəmlərdə əksini tapmayıb.
Beləliklə, hesabata əsasən, ölkənin bank sektorunda 30 bank fəaliyyət göstərir, onlardan 28-i özəl, 2-si dövlət bankıdır. 14 bankda xarici kapitalın payı var.
Hazırda bank sektorunda 507 filial, 127 bank şöbəsi var, ATM-lərin sayı 2658, bank spktorunda çalışanların sayı isə 19 757 nəfərdir.
Bank sektoru bu dövrü 100 milyon manata yaxın - 97,9 milyon manat xalis mənfəətlə başa vurur. Ötən ilin eyni dövrü ilə müqayisdə xalis mənfəət iki dəfə artıb.
Bankların gəlirləri 444 milyon, xərcləri 286 milyon manat, kreditlər üzrə yaradılan məcburi ehtiyatlar 11,5 milyon manat, əməliyyat mənfəəti 146,2 milyon manat təşkil edib.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar xərclərini (30,4 milyon manat) və mənfəət vergisini (17,9 milyon manat) nəzərə alanda bankların xalis mənfəəti 97,9 milyon manat təşkil edib.