Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracına yekun vurub.
FED.az xəbər verir kp, martın 10-da baş tutan hərracda 14 günlük müddətə illik 100 milyon manat depozitin cəlb edilməsi nəzərdə tutulurdu. Hərracda tələb 268 milyon manat olub və 100 milyon depozit illik 5,51%-lə yerləşdirilib.
Başqa sözlə, hərracda sifarişlər təklif edilən depozitin məbləğini 2,7 dəfə üstələyib. Bununla yanaşı, qeyd edək ki, bundan əvvəlki hərraclarda bankların manat depozitlərinə marağı daha byöük idi.
Belə ki, martın 4-də keçirilən hərracda 100 milyon manatlıq 28 günlük depozit üçün 620 milyon manat sifariş olmuşdu.
Martın 2-də keçirilən hərracda isə 14 günlük 100 milyon manatdıq depozit üçün hərraca 632,7 mln. Manat sifariş gəlmişdi.