2012-2017-ci illər ərzində Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 310 milyon manat yönəldiblər.
FED.az xəbər verir ki, bunu, “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev bildirib.
"Bankların verdiyi məlumatlara və bizim təxmini hesablamalarımıza görə, 2012-2017-ci illər ərzində banklar tərəfindən maliyyə texnologiyalarının tətbiqinə 310 milyon manat vəsait yönəldilmişdir. Bu da qeyd olunan dövrdə bankların qeyri-faiz xərclərinin 8%-ni təşkil edmişdir. Bank sektoru tərəfindən əldə edilmiş xalis mənfəətinin 25%-i bu istiqamətə yönəldilmişdir. 310 milyon manatın 96.5%-ni proqram təminatı və lisenziyaların alınması, SWIFT, rabitə, server və şəbəkə avadanlıqlarına çəkilən xərclər təşkil etmişdir",- Zakir Nuriyev deyib.